“Fevralın 1-dək koronavirusdan yarım milyon adam öləcək” – ÜST-dən dəhşətli açıqlama
2021-11-04 20:08:00
“Avropanın 53 ölkəsindəki mövcud yoluxma sürəti narahatlıq doğurur”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Kluge deyib.
Onun sözlərinə görə, “Delta” ştamı ilə əlaqədər olaraq Avropadakı vəziyyət yenidən bir il əvvəlki kimidir: “Məni 7 ölkənin məhdudiyyətləri yumşaltmaları narahat edir. COVID-19-un artmasına reaksiya göstərmək əvəzinə, əvvəldən xəstəliyin yayılmasının qarşısını almalıyıq”.
ÜST-nin hesablamalarına görə, Avropada yoluxma bu templə davam edəcəyi təqdirdə gələn il fevralın 1-dək yarım milyon insan COVID-19-dan ölə bilər. \\SAVAŞ