Fəvvarələr meydanındakı tikilinin aqibəti - Fotolar
2023-08-23 12:00:18
Xəbər verdiyimiz kimi, ötən gün Fəvvarələr meydanında tikilməkdə olan restoran sosial şəbəkələrdə müzakirə obyektinə çevirilib.
Narazılıq yaradan obyektin tikintisi Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyatı qurumların müdaxiləsindən sonra dayandırılıb.
“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynal Fəvvarələr meydanında olub, hazırda söküntü ilə bağlı vəziyyəti lentə alıb:










