📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fəzail İbrahimlinin Vahid Əhmədova yönəlik fikirlərinə CAVAB

2023-04-27 14:30:00

Fəzail İbrahimlinin Vahid Əhmədova yönəlik fikirlərinə CAVAB

Xaqani Cəfərli: "Vicdan anadangəlmə olmaqla yanaşı, təlim-tərbiyə, təhsillə cilalanaraq üstün səviyyə keçə bilir, şəxs aldığı təlim-tərbiyədən, təhsildən asılı olaraq vicdanını itirə də bilər"

"Milli Məclisin vitse-spikeri Fəzail İbrahimlinin Vahid Əhmədova yönəlik "Sənin vicdanın bu şeylərə dözmürsə, açıq şəkildə mandantını qoy, get" müraciətini oxuduqda Leyden Universitetinin professor, şərqşünas alim Reynhart Dozi (1820-1883) təxminən 150 il öncə qələmə aldığı bir yazısını xatırladım". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, Reynhart Dozi yazır ki, türklər namazı mükəmməl qılan xalqdır: "Dozi həmçinin, bunları da qeyd edib: "Namaz türklərin gündəlik vəzifələrindən biridir. Bu vəzifə paltar geyinmək, yemək yemək, yatmaq kimi icra olunur. Vəziyyət nə qədər əlverişsiz olursa-olsun, namaz qılınır. Tacir yalan danışır, aldadır, sonra namaz qılır, sonra yenə yalan danışmağa və insanları aldatmağa davam edir. Paşa (rəhbər şəxslər nəzərdə tutulur) zülm və qətllərin həyata keçirilməsi üçün əmr verməklə məşğuldur. Azanı eşidir, səcdəsini rahatca açır, saqqalını ovuşdurur, rahat, lakin möhtəşəm üzlə namaza başlayır. Namaz qılındıqdan sonra da zülm saçan əmrlərini verməyə davam edir. Çünki onun vicdanı ilə namazın ilə heç bir əlaqəsi yoxdur . Heç kim də bu vəziyyətdə təəccüblənəcək bir hal görmür". Vicdanın təbiəti haqqında müxtəlif fikirlər var. Bəzi mütəfəkkirlər vicdanın anadangəlmə olduğunu, bəziləri isə sonradan qazanıldığını iddia edirlər".

Xaqani Cəfərlinin qənaətincə, vicdan anadangəlmə olmaqla yanaşı, təlim-tərbiyə, təhsillə cilalanaraq üstün səviyyə keçə bilir: "Şəxs aldığı təlim-tərbiyədən, təhsildən asılı olaraq vicdanını itirə də bilər. Bütövlükdə isə vicdan cəmiyyətdə nizamın davamı üçün önəmli amillərdən biridir. O cəmiyyət ki, övladlarıızı və gələcək nəsillərimizi ona əmanət edirik".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az