📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

FHN Göyçayda yanğını nəzarətə götürdü

2026-03-25 18:00:24

FHN Göyçayda yanğını nəzarətə götürdü

Göyçayda yanğın hadisəsi qeydə alınıb.

Hurriyyet.az xəbər verir ki, hadisə günorta saatlarında rayonun Çayarxı kəndi ərazisində baş verib. Qamışlıq və yabanı kolluq ərazidə başlayan yanğın qısa müddətdə genişlənərək xeyli sahəni əhatə edib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılıb. Yanğının yaxınlıqda yerləşən yaşayış tikililərinə, təsərrüfat sahələrinə və meyvə bağlarına keçməsinin qarşısı alınıb.

Yanğın tam söndürülüb, hadisənin başvermə səbəbləri araşdırılır./Apa