📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

FHN rəsmisindən yanğınla bağlı açıqlama

2024-08-01 17:26:16

FHN rəsmisindən yanğınla bağlı açıqlama

Bakının Nizami rayonunda baş verən yanğında xəsarət qeydə alınmayıb.

Hurriyyet.az xəbər verir ki, bunu report-a açıqlmasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin sektor müdiri, kapitan Əlibala Əlizadə deyib.

O bildirib ki, FHN-in "112" telefon Qaynar Xəttinə Bakının Nizami rayonunda iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub:

"Dərhal əraziyə nazirliyinin Yanğından Mühafizə Xidmətinin bölmələri cəlb olunub. Yanğın ətrafdakı iaşə obyektlərinə keçməsinin qarşısı alınaraq genişlənməsinə imkan verilmədən qısa müddətə söndürülüb. Hadisə zamanı xəsarət qeydə alınmayıb. Ümumilikdə 150 m² ərazidə yanğın qeydə alınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır", - deyə sektor müdiri qeyd edib.