📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Fiço ölümlə həyat arasındadır, onun üçün dua edirik"

2024-05-17 13:04:26

Hurriyyet.az xəbər verir ki, bu gün səhər saatlarında "Kossuth" radiostansiyasına müsahibə vermiş Viktor Orban Slovakiyanın Baş baziri Robert Fiçonun ölüm-dirim yatağında məğlubiyyətinin təkcə öz ölkəsi üçün deyil, Macarıstan üçün də çox ağır itki olacağını söyləyib. 
Bəlli olduğu kimi, Robert Fiço sui-qəsd nəticəsində yaralanıb və vəziyyəti ağırdır.
Macarıstanın Baş naziri Viktor Orban slovakiyalı həmkarının bir çox beynəlxalq məsələlərdə, o cümlədən Ukraynadakı müharibəyə münasibətdə onunla eyni mövqe tutduğunu söyləyib. Orban deyib: "Biz Slovakiyanın Baş naziri üçün dua edirik, onun üçün narahatıq və əlbəttə ki, mümkün qədər tez bir zamanda sağalıb işinə qayıtmasını arzulayırıq. İndi Robert Fiço sağ qalmaq üçün savaşır, həyatla ölüm arasındadır".
Hürr Tərcüman