📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fidan: Türkiyə Suriyada hərbi əməliyyatı istisna etmir

2025-01-08 12:12:09

Fidan: Türkiyə Suriyada hərbi əməliyyatı istisna etmir

Türkiyənin xarici işlər naziri Fidan bildirib ki, ölkəsi Suriyada hərbi əməliyyatı istisna etmir. O, bu barədə “CNN Türk”ə müsahibəsində bildirib.

“Biz aydın tələblər qoymuşuq. Əgər hərbi əməliyyat variantını istəmirsinizsə, o zaman xarici terrorçular Suriyanı tərk etməli, PKK başçıları ölkədən çıxmalı, təşkilatın qalan üzvləri isə silahı yerə qoyaraq Suriyanın yeni administrasiyası ilə işləməlidir. Dəməşq onlarla dialoq aparır... Amma nəticə olmasa, qanuni seçim hərbi əməliyyat olacaq”, deyə nazir fikirlərini səsləndirib.

Ülviyyə, Hurriyyet.az