📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fidel Kastrodan dinozavra kimi - 81 ildə Baş Assambleyada nələr yaşanıb?

2026-09-24 17:12:19

Fidel Kastrodan dinozavra kimi - 81 ildə Baş Assambleyada nələr yaşanıb?

Sentyabrın 8-də BMT Baş Assambleyasının (BA) builki, yəni 81-ci sessiyası işinə başlayıb. Dövlət və hökumət başçılarının iştirak etdiyi Yüksəksəviyyəli Həftə isə sentyabrın 22-dən 28-dək davam edəcək. Hazırda dünya liderləri Nyu-Yorkda bir araya gələrək müxtəlif mövzular ətrafında müzakirələri, eləcə də ikitərəfli görüşləri davam etdirirlər. 

BMT Baş Assambleyasının ilk sessiyası isə 1946-cı ildə Londonun Vestminster sarayında keçirilib. Həmin vaxt təşkilatın tərkibində yalnız 51 dövlət olub, hazırda isə Baş Assambleyaya 193 dövlət daxildir. Bu sessiyalar bu günümüzə qədər təkcə əhəmiyyətli çıxışlarla deyil, həm də bir çox maraqlı anlarla yadda qalıb. 

“Qafqazinfo” BMT BA iclaslarının 81 illik tarixi ərzində baş vermiş ən yaddaqalan və maraqlı anların bir qismini təqdim edir:

Ən uzunmüddətli çıxış

Kuba lideri Fidel Kastro 1960-cı il sentyabrın 26-da Baş Assambleya iclaslarının tarixində ən uzun çıxışı edib. Həmin çıxış 269 dəqiqə davam edib. Məhz bu çıxışdan sonra tribunada xüsusi işıq quraşdırmaq qərarı qəbul olunub. Həmin işıq 15 dəqiqəlik reqlament aşıldıqda yanmağa başlayır və çıxışın artıq başa çatmalı olduğunu bildirir.