FIFA daha bir ölkəni beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
2024-05-17 19:23:10
FIFA İsrailin yarışlardan uzaqlaşdırılmasını müzakirə etmək üçün təcili toplantı keçirəcək.
Ali futbol qurumunun prezidenti Cianni İnfantino bu sözləri deyib:
"FIFA Fələstin Futbol Federasiyası tərəfindən irəli sürülən 3 tələbi dəyərləndirmək üçün bu andan etibarən müstəqil bir hüquqşünas təyinini reallaşdıracaq. Durumun vacibliyinə görə, uyğun olan qərar vermək üçün FIFA 20 iyula qədər təcili görüş keçirəcək".
Qeyd edək ki, 2022-ci ildən etibarən Rusiya beynəlxalq futbol turnirlərindən uzaqlaşdırılıb. \\Offsideplus.az