📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

FIFA futzal üzrə yığmaların reytinq cədvəlini ilk dəfədir açıqlayır.

2024-06-20 11:48:23

FIFA futzal üzrə yığmaların reytinq cədvəlini ilk dəfədir açıqlayır.

Azərbaycanın futzal millisi FIFA reytinqində 29-cu pillədə qərarlaşıb.

 Vitali Borisovun rəhbərlik etdiyi komandanın 1139.38 xalı var.

Reytinq cədvəlinə 5 qat dünya çempionu Braziliya yığması başçılıq edir. Mundialın son qalibi Portuqaliya ikinci, İspaniya üçüncüdür. Millinin AÇ-2026-nın qrup mərhələsindəki rəqiblərindən Xorvatiya 16-cı, İsveç 83-cü, Yunanıstan isə 109-cu sırada yer alıb.

Qeyd edək ki, FIFA futzal üzrə yığmaların reytinq cədvəlini ilk dəfədir açıqlayır.