📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

FIFA prezidentliyinə namizədlər müəyyənləşdi

2026-11-19 18:12:01

FIFA prezidentliyinə namizədlər müəyyənləşdi

FIFA-nın hazırkı prezidenti Canni İnfantino qarşıdan gələn seçkidə Yaponiya Futbol Assosiasiyasının keçmiş rəhbəri Kodzo Tașima və Fransa Futbol Federasiyasının rəhbəri Filipp Diallo ilə mübarizə aparacaq.

Oxu.Az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.

Qurumun rəhbəri vəzifəsinə seçki 2027-ci ilin martın 18-də Mərakeşdə baş tutacaq. Namizədliklər araşdırılması və onların seçkidə iştirakına icazə verilməsi barədə qərar qəbul edilməsi üçün seçki komitəsinə təqdim olunub. FIFA-nın nizamnaməsinə və seçki təqviminə əsasən, quruma üzv olan assosiasiyalar irəli sürülmüş və təsdiqlənmiş namizədlərin siyahısı haqqında ən geci fevralın 18-dək məlumatlandırılacaqlar.

FIFA-nın normativ sənədlərinə görə, təşkilatın prezidenti postuna iddiaçının müraciətinin qəbul edilməsi üçün o, ali futbol təşkilatına üzv olan ən azı beş assosiasiyanın dəstək bəyanatını təqdim etməlidir. Eyni zamanda, bu beşlikdən biri namizədi seçkilərə irəli sürən assosiasiyadır. Lakin bir assosiasiya eyni vaxtda iki namizədi dəstəkləyə bilməz, belə hallar baş verərsə, həmin səslər ləğv edilir.

Qeyd edək ki, 56 yaşlı İnfantino 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FIFA-nın rəhbəri seçilib. Sonradan o, iki dəfə alternativsiz şəkildə bu posta yenidən seçilib. 68 yaşlı Tașima 2016-2018-ci illərdə Yaponiya Futbol Assosiasiyasının prezidenti olub. Diallonun 63 yaşı var. 2021-ci ilin martında Fransa Futbol Federasiyasının icraiyyə komitəsinə seçilib, dekabrda isə vitse-prezidentin müavini olub. Funksioner Fransanın ali futbol təşkilatına 2023-cü ilin fevralında rəhbərlik etməyə başlayıb, apreldə isə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsinə seçilib.