📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

FİFA Rusiyanın himni ilə bayrağına qadağa qoydu

2022-02-28 11:57:00

FİFA Rusiyanın himni ilə bayrağına qadağa qoydu

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, FİFA Rusiyanın milli marşı ilə bayrağına qadağa qoyub. FİFA Rusiyada futbol qarşılaşması keçirməyəcəyini, qarşılaşmalarda Rusiya bayrağının olmayacağını və dövlət himininin səsləndirilməyəcəyini bəyan edib.

FİFA Şurası Bürosu iclas keçirərək, Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsi əsasında Rusiya Futbol Federasiyasına qarşı təcli tədbirlər görmək qərarını verib. Sanksiyalara görə, Rusiya ərazisində heç bir beynəlxalq yarış keçirilməyəcək. Rusiyanın ev sahibi olduğu qarşılaşmalar da tamaşaçılar olmadan, neytral meydanda keçiriləcək.

Rusiya Futbol Federasiyasının milli komandaları “Rusiya” adı altında yox, “Rusiya Futbol İttifaqı” (RFU) adı altında mübarizə aparacaqlar. Həmin komandaların iştirak elədiyi yarışlarda Rusiya bayrağı və marşı qadağan edilib.

Ukraynadakı vəziyyətin düzəlməyəcəyi təqdirdə, FİFA Rusiyanın müsabiqələrdən çıxarılması da daxil olmaqla, əlavə sanksiyalar tətbiq eləmək üçün BOK, UEFA və digər idman təşkilatları ilə məsləhətləşmələr aparacaq.

İngiltərə Futbol Federasiyası isə açıqlama verərək, Rusiyanın hərbi müdaxilə elədiyi Ukrayanı dəstəklədiklərini bildirib: “Yaxın gələcəkdə Rusiyaya qarşı oynamayacağıq”.

Polşa, Çexiya və İsveçin futbol federasiyaları da 2022-ci il FİFA Dünya Kubokunun Avropa seçmə mərhələsinin pley-off turnirində bir qrupa düşdükləri Rusiya millisi ilə görüşmək istəmədiklərini bildiriblər.

Hürr Tərcüman