📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"FIFA Series – 2026": Millimiz Sumqayıtda Sent Lüsiyanı qəbul edəcək

2026-03-26 22:31:41

Sabah futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə qarşılaşacaq.

Modern.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Bu, millinin 2026-ci ildə ilk oyunudur. Oyundan öncə keçirilən mətbuat konfransında baş məşqçisi Ayxan Abbasov bildirib ki, oyunçular yaxşı əhvali-ruhiyyədədir:

"Bizim üçün yad komandalar olsalar da, onlar haqqında oyunçulara məlumat vermişik. Futbolçular meydanda əllərindən gələni edəcəklər".

Qeyd edək ki, martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.