📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

FİFA Zelenskinin Qətərə getmək istəyini rədd elədi

2022-12-17 09:42:00

FİFA Zelenskinin Qətərə getmək istəyini rədd elədi

Ukrayna prezidenti Vladimir Zelenski maraqlı açıqlama ilə çıxış edib.

Hurriyyet.az xəbər verir ki, Zelenski Qətərdə keçirilən dünya çempionatının finalında çıxış etmək istədiyini açıqlayıb.

Ukrayna liderinin bu niyyəti FİFA rəhbərliyi tərəfindən rədd edilib. Lakin çıxışın baş tutması üçün danışıqlar davam etdirilir.

Xatırladaq ki, Rusiya müharibəsi başladıqdan sonra Zelenski Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, Avropa Parlamentində, ABŞ-ın mühüm universitetlərinin buraxılış mərasimlərində həmçinin G20 Sammitində, Kann Film Festivalından çıxışlar edib. 

sfera.az