📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

FİFA Zelenskiyə “yox” cavabını verdi

2022-12-16 16:35:00

FİFA Zelenskiyə “yox” cavabını verdi

Hurriyyet.az xəbər verir ki, CNN kanalına məlumat verən anonim mənbə FİFA-nın Ukrayna Prezidenti Ofisinin Vladimir Zelenskinin Qətərdə keçirilən futbol üzrə dünya çempionatında azarkeşlər qarşısında çıxışını təşkil eləmək xahişinə rədd cavabı verdiyini bildirib.

Kanalın müsahibinin sözlərinə görə, Ukrayna tərəfi Zelenskinin DÇ-2022-nin final qarşılaşmasından əvvəl azarkeşlərə videomüraciət etməsini təklif edib. Mənbə qeyd edir ki, Zelenskinin ofisi rədd cavabını təəccüblə qarşılayıb.

Mənbə deyib: “FİFA-nın öz platformasından xeyirli məqsəd üçün istifadə etmək istəyəcəyini güman edirdik”. Mənbə Kiyev ilə FİFA rəhbərliyi arasında danışıqların hələ davam elədiyini əlavə edib.

Hürr Tərcüman