“Fikrimcə, bizim üçün əlverişli deyil”
2026-10-14 22:02:17
İsrailin Baş naziri Benyamin Netanyahu seçkilərdən əvvəl İrana zərbə endirilməsini dəstəkləmədiyini bildirib.
Hurriyyet.net xəbər verir ki, bu fikirləri “Army Radio” stansiyasına müsahibəsində səsləndirib.
Seçkilərdən əvvəl ABŞ və İsrailin İrana qarşı mümkün birgə hücumu ilə bağlı sualı cavablandırarkən Netanyahu deyib: “Mənim fikrimcə, bu, bizim üçün əlverişli deyil”.