📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fikrini dəyişdi: Putin bu ölkədə həbs edilə bilər

2023-09-11 21:37:56

Fikrini dəyişdi: Putin bu ölkədə həbs edilə bilər

Braziliya Prezidenti Lula da Silva rusiyalı həmkarı Vladimir Putinin ölkəsinə gözlənilən səfərində mümkün həbsi ilə bağlı mövqeyini dəyişib.

Silva bundan əvvəl Putinin həbs olunmayacağına zəmanət vermişdi.

Buna baxmayaraq, Braziliya lideri qərarı hökumətin deyil, ölkənin məhkəmə sisteminin verəcəyini bildirib.

“Braziliya ədliyyə sisteminin onu həbs edib-etməyəcəyini bilmirəm. Hökumət deyil, məhkəmə sistemi qərar verir”, - Silva deyib.

Martda Beynəlxalq Cinayətlər Məhkəməsi Rusiya prezidentinin həbsinə order verib. O vaxtdan bəri Putin ölkəni tərk etməyib. \\News24.az