📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Filarmoniyada korrupsiyaya qarşı əməliyyat keçirildi

2024-07-08 09:44:19

Filarmoniyada korrupsiyaya qarşı əməliyyat keçirildi

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama aparılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək: "Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir".

Qeyd edək ki, bu gün yayılan məlumata görə, yoxlama zamanı Filarmoniyanın bir neçə vəzifəli şəxsi - o cümlədən qurumun direktoru, xalq artisti Murad Adıgözəlzadə saxlanılıb.