📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Filippində güclü zəlzələ: sunami təhlükəsi elan olundu

2023-12-02 23:11:56

Filippində güclü zəlzələ: sunami təhlükəsi elan olundu

Filippinin sahilində 7,5 maqnitudalı zəlzələ olub.

Bu barədə Avropa – Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.

Mərkəzin verilənlərinə görə, yeraltı təkanların episentri əhalisi 10,6 min nəfər olan Taqbin bələdiyyəsindən 19 km şimal-şərqdə olub. Təbiət hadisəsinin ocağı 63 km dərinlikdə yerləşib.

ABŞ-nin sunami xəbərdarlığı sistemi təhlükə barədə xəbərdarlıq edib. \\Report