Filippinin Prezidenti yenidən Ferdinand Markos oldu – diktatorun oğlu prezident seçildi
2022-06-30 20:53:00
Hurriyyet.az xəbər verir ki, Filippini 1965-1986-cı illərdə idarə eləmiş diktator Ferdinand Markosun 64 yaşlı oğlu və adaşı Fedrinand Markosun Manila şəhərində andiçmə mərasimi keçirilib.
May ayında keçirilmiş prezident seçkilərində 31 milyondan artıq seçicinin onun lehinə səs verdiyi bildirilir. Oğul Ferdinand Markos prezident qismində ilk çıxışında “Filippin demokratiyası tarixində ona ən böyük elektoral mandatı verdiklərinə görə” seçicilərə minnətdarlığını bildirib.
Hürr Tərcüman