📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Film kimi həyat – məşhur aktyor Mossad agenti imiş

2023-04-14 21:23:00

Film kimi həyat – məşhur aktyor Mossad agenti imiş

Hurriyyet.az “TRT Haber” kanalına istinadla xəbər verir ki, ötən ay 87 yaşında vəfat edən israilli məşhur aktyor Haim Topolun Mossad agenti olduğu meydana çıxıb. İsrail mətuatına müsahibə verən ailəsi Topolun İsrailin xarici kəşfiyyat xidməti olan Mossad üçün dəfələrlə məxfi tapşırıqları yerinə yetirdiyini açıqlayıb.

O, 1971-ci ildə “Damdakı skripkaçalan” filmi ilə dünya miqyasında məşhur olub.

Ailəsi aktyorun onlara məlumat vermədən bir çox xarici səfərlər etdiyini bildirib. Uzun illər İngiltərənin paytaxtı London şəhərində yaşayan israilli aktyorun burada, sonralar Mossadın rəhbəri olan Zvi Amir ilə tez-tez görüşdüyü xəbər verilib.

Topolun oğlu atasının Mossadın tapşırığı ilə ərəb ölkələrindən birinin konsulluğunu dinləməsindən danışıb.  Aktyor ilə komandası tapşırığı yerinə yetirmək üçün konsulluğun binasına bitişik olan kirayə mənzili stomotoloji klinika kimi göstərərək divarı oyublar və orada dinləmə cihazları yerləşdiriblər.

Hürr Tərcüman