"Financial Times": Aİ-dən ixrac edilən 1 milyard dollarlıq sanksiyaya məruz qalan mallar Rusiyaya çatana kimi yolda yoxa çıxıb
2023-05-11 13:52:00
Britaniya nəşri "Financial Times" qeyd edir ki, Aİ-dən göndərilən 2 milyard dollarlıq malın yalnız yarısı Ermənistan, Qazaxıstan və Qırğızıstana çatıb. Nəşr 2022-ci ildə Ukraynada müharibənin başlamasından sonra Aİ-nin bu 3 ölkə ilə ticarətinin görünməmiş səviyyəyə yüksəldiyini vurğulayır.
“Rusiya Federasiyası Aİ-nin gömrük bəyannamələrində yanlış istiqamətlər göstərən vasitəçilərdən, agentlərdən və ya təchizatçılardan istifadə etməklə kütləvi sanksiyalardan yayınır. Bu üsul Moskvaya əsas Avropa mallarına, o cümlədən təyyarə komponentlərinə, optik avadanlıqlara və qaz turbinlərinə çıxışı saxlamağa kömək etdi”, deyə “Financial Times” yazır.
Ülviyyə, Hurriyyet.az