“Financial Times”: İsmayıl Haniyənin öldürülməsindən sonra genişmiqyaslı müharibənin başlanmasının qarşısını almağa çalışırlar
2024-08-01 11:16:12
Avropalı və Amerikalı yüksək rütbəli diplomatlar Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili danışıqlar aparıblar.
TASS-ın “Financial Times” qəzetinə istinadən verdiyi məlumata görə, onlar Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra tərəflər regionda genişmiqyaslı müharibənin başlanmasının qarşısını almağa çalışırlar.
Aİ-nin xarici siyasət xidməti rəhbərinin müavini Enrike Mora İran paytaxtında “həyati vacib” danışıqlar aparıb. ABŞ Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə məsul koordinatoru Brett Makqurk Səudiyyə Ərəbistanında danışıqlar aparıb.
Ülviyyə, Hurriyyet.az