“Financial Times”: Türkiyə Rusiyadan ucuz qaz almağa çalışır
2022-10-25 15:30:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Xəzinə və Maliyyə naziri Nureddin Nebati “Financial Times” nəşrinə müsahibəsində Türkiyənin Rusiyadan endirimlə qaz almağa çalışdığını bildirib.
Nazir Ankaranın Moskvadan aldığı böyük həcmdə qaza israrla endirim istədiyini, həmçinin Qazpromdan ödənişləri təxirə salmağı xahiş etdiyini söyləyib.
Türkiyə Maliyyə Nazirliyinin rəhbəri qeyd edib ki, hər iki istiqamətdə “yaxşı xəbər”lər gözləyirlər.
Hürr Tərcüman