Finlandiya da Rusiya ilə sərhəd müqaviləsinə xitam verib – Minlərlə qaçqının taleyi necə olacaq?
Finlandiya Dövlət Şurasının iclasında Rusiya ilə 2012-ci ildə bağlanmış “Transsərhəd əməkdaşlıq haqqında” sazişə xitam verib.
Hurriyyet.az xəbər verir ki, əməkdaşlığa xitam verilməsinin təşəbbüskarı Rusiya tərəfi olub və oktyabrın sonunda bu barədə Finlandiya Xarici İşlər Nazirliyinə müvafiq bildiriş göndərib.
Finlandiya hökumətinin bəyanatında deyilir ki, sözügedən saziş 2024-cü il yanvarın 24-də başa çatacaq. Müqaviləyə əsasən, Rusiya və Finlandiya sərhədyanı rayonların sosial-iqtisadi inkişafı ilə birgə məşğul olurlar.
Elə həmin gün Estoniya hakimiyyəti öz vətəndaşlarına Rusiyaya istənilən səfərlərin arzuolunmazlığı barədə xəbərdarlıq edib. Hökumət miqrant axınından narahat olduğu üçün Rusiya ilə sərhədi müvəqqəti bağlaya bilər.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna cümə axşamı jurnalistlərə deyib ki, Rusiyaya daha səfər etməmək qəti şəkildə tövsiyə olunur.
Finlandiyanın Baş naziri Petteri Orpo daha əvvəl bildirmişdi ki, sğınacaq üçün Finlandiyanın Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini dekabrın 13-dək bağlayacaq. Onun sözlərinə görə, ölkədə sığınacaq üçün müraciətlərin qəbulu yalnız hava və dəniz limanlarında açıq olacaq.
Qalan hər kəs üçün Murmanskdan 240 kilometr aralıda yerləşən “Raya-Jooseppi” sərhəd keçidi açıq qalacaq.
Finlandiya da qanunsuz miqrasiya axınının qarşısını almaq üçün Rusiya ilə sərhədindəki keçid məntəqələrində ikiqat maneələr quraşdırıb.
Xarici işlər nazirinin sözlərinə görə, Finlandiya lazım gələrsə, Rusiya ilə sərhədi tamamilə bağlaya bilər. Xarici İşlər Nazirliyinin məlumatına görə, noyabrın əvvəlindən Rusiyanın Finlandiya ilə sərhədindən 500-dən çox sığınacaq axtaran şəxs gəlib. Onların arasında Suriya, Yəmən, İraq, Somali və digər ölkələrin vətəndaşları da var ki, Rusiya sərhədçiləri onları sənədlər təqdim etmədən öz keçid məntəqələrindən buraxırlar.
2023-cü ilin əvvəlində Finlandiya Rusiya tərəfinin üçüncü ölkələrdən gələn miqrantların sərhəddən keçməsini asanlaşdıra biləcəyindən ehtiyat edərək Rusiya ilə sərhəddə maneələrin quraşdırılmasına başlayıb. Oxşar miqrasiya böhranı artıq 2021-ci ildə, Afrika və Yaxın Şərqdən olan minlərlə miqrant Belarus ərazisindən Polşaya, oradan isə Aİ-nin digər ölkələrinə getməyə çalışdığı zaman baş verib.
AzPolitika.info