Finlandiya ilə İsveçin NATO-ya daxil olması protokolları imzalanıb
2022-07-05 12:45:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Finlandiya ilə İsveçin xarici işlər nazirləri NATO-ya daxil olmaq üçün protokolları imzalayıblar.
Mərasim alyansın mənzil-qərargahında keçirilib.
NATO-nun Baş katibi Yens Stoltenberq Helsinki ilə Stokholmun üzvlüyünün ratifikasiya prosesinin başlandığını bildirib.
Xatırladaq ki, bir qədər bundan əvvəl alyansdan verilən açıqlamada Finlandiya ilə İsveçin NATO-ya birləşməsi ilə bağlı Brüsseldə yerləşən qərargahdakı danışıqların uğurla başa çatdığı bəyan edilmişdi.
Hürr Tərcüman