📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Finlandiya MN: Türkiyənin təhlükəsizlik məsələlərindəki narahatlığını anlayırıq

2022-12-09 00:23:00

Finlandiya MN: Türkiyənin təhlükəsizlik məsələlərindəki narahatlığını anlayırıq

“Təəssüf ki, Ukraynadakı müharibənin tez bir zamanda bitəcəyi görünmür. Amma sülh nə qədər tez gəlsə, bir o qədər yaxşı olar”.

Bu barədə Finlandiya müdafiə naziri Antti Kaikkonen türkiyəli həmkarı Hulusi Akarla Ankarada birgə mətbuat konfransı zamanı bildirib. O qeyd edib ki, ölkəsi Türkiyənin təhlükəsizlik məsələlərindəki narahatlığını anlayır:

“Türkiyə terrorla mübarizədə Finlandiyanın qərarlı olduğuna əmin ola bilər. Buna heç bir şübhə yoxdur”.

Kaikkonen həmçinin əlavə edib ki, Finlandiya NATO-ya üzv olduğu təqdirdə nüvə silahının ölkə ərazisində yerləşdirilməsində maraqlı deyil və NATO-nun belə bir niyyəti yoxdur. \\APA