📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Finlandiya NATO-ya genişlənmə ilə bağlı mümkün çətinliklər barədə xəbərdarlıq edib

2022-11-03 12:45:00

Finlandiya NATO-ya genişlənmə ilə bağlı mümkün çətinliklər barədə xəbərdarlıq edib

Finlandiyanın XİN rəhbəri Pekka Haavisto NATO-ya xəbərdarlıq edib ki, Helsinki və Stokholmun eyni vaxtda alyansa qoşula bilməyəcəyi təqdirdə müdafiə strategiyasının planlaşdırılmasında mümkün çətinliklər ola bilər.

O, hadisələrin bu cür inkişafını “böhran vəziyyəti” adlandırıb ki, bu zaman gələcək addımlar barədə düşünmək lazım gələcək.

Onun sözlərinə görə, Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasına reaksiya verib, çünki kürd məsələsində tutduğu mövqeyə görə Stokholmu “daha ​​problemli” hesab edib.

Nazir bildirib ki, bir çox NATO ölkələri Finlandiya və İsveçin Şimali Atlantika Alyansına üzvlüyünün ratifikasiyası ilə bağlı Ankara ilə əlaqə saxlayır.

“Alyans açıq qapı siyasətini saxlamaqda maraqlıdır. Bu siyasət indi sınaqdan keçirilir”, deyə Haavisto yekunlaşdırıb.

Ülviyyə, Hurriyyet.az