Finlandiya nümayəndələri terrorçuların Türkiyəyə təhvil verilməsini müzakirə edəcəklər
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Finlandiyanın nümayəndə heyəti Türkiyəyə terrorçuların verilməsi mövzusunu müzakirə edəcək.
Finlandiyanın Ədliyyə Nazirliyinin nümayəndələrinin Türkiyəyə 25 oktyabr tarixində gedəcəkləri gözlənilir.
Finlandiyanın Ədliyyə Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə səfərində məqsəd terror təşkilatları, o cümlədən Fətullah Gülənin başçısı olduğu FƏTÖ ilə PKK təşkilatları ilə əlaqədə şübhəli bilinən şəxslərin ekstradisiyası məsələlərinin müzakirə edilməsidir.
NATO alyansına daxil olmağa namizəd olan ölkələr iyunun 28-də Madrid sammiti zamanı Türkiyə ilə üçtərəfli memorandum imzalayaraq, cinayətkar təşkilatlarla mübarizədə fəal əməkdaşlıq eləmək öhdəliyi götürmüşdülər.
Türkiyə-Finlandiya-İsveç Daimi Ortaq Mexanizminin ilk iclası avqustun 26-da Dinlandiyanın Vantaa şəhərində keçirilmişdi.
Hürr Tərcüman