📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Finlandiya Rusiya ilə danışmaqdan imtina etdi - Sərhəd bağlı qalacaq

2023-11-25 16:26:43

Finlandiya Rusiya ilə danışmaqdan imtina etdi - Sərhəd bağlı qalacaq

“Finlandiya hökuməti şərq sərhədindəki vəziyyətlə bağlı Rusiya ilə siyasi müzakirələr aparmaq niyyətində deyil”.

Hurriyyet.az xəbər verir ki, bunu Finlandiya baş nazir Petteri Orpo bildirib.

“Rusiya ilə heç bir siyasi müzakirə aparılmır”, - deyən Orpo qeyd edib ki, hökumətin Rusiya ilə 7 sərhəd-buraxılış məntəqəsinin bağlanmasına dair qərarı dəyişməyəcək.

Xatırladaq ki, noyabrın 18-dən Finlandiya hakimiyyəti səkkiz keçid məntəqəsindən dördünü bağlayıb. Daha sonra Helsinki dekabrın 23-dək Rusiya ilə sərhəddəki daha üç keçid məntəqəsini bağlamaq qərarına gəlib. Moskva Finlandiya hakimiyyətinin sərhədi tamamilə bağlaya biləcəyini istisna etmir.

AzPolitika.info