📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Finlandiya Rusiya ilə sərhədə hasar çəkməyə hazırlaşır

2022-10-03 21:58:00

Finlandiya Rusiya ilə sərhədə hasar çəkməyə hazırlaşır

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Finlandiyanın Baş naziri Sanna Marin Finlandiya ilə Rusiya sərhədində hasar tikməyin vacib olduğunu bildirib. Marin Yoensuu şəhərinə səfəri zamanı deyib: “Hesab edirəm ki, bu məsələ ilə bağlı parlamentin razılığı da lazımdır, parlamentdəki partiyalar arasında konsensus olmalıdır. Lakin bu qərarın verilməsi üçün səbəblər var”.

O, sərhəddə hazar çəkilməsi barəsində qərarın tez bir zamanda veriləcəyinə ümid bəslədiyini bildirib.

Finlandiya Rusiya ilə, 1,3 min kilometrə qədər quru sərhədinə malikdir.

Hürr Tərcüman