Finlandiya-Rusiya sərhədi tam bağlanır
2023-11-29 16:11:13
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, noyabrın 30-dan etibarən Finlandiya-Rusiya sərhədindəki axırıncı işlə buraxılış məntəqəsi də bağlanacaq. RF XİN rəsmi təmsilçisi Mariya Zaxarova Finlandiyanın bu qərarı ilə bağlı Rusiyaya nota göndərdiyini bəyan edib.
Zaxarova deyib: “Bununla da, Finlandiya-Rusiya sərhədindəki bütün buraxılış məntəqələri bağlanmış olacaq”.
Finlandiya tərəfi məhdudiyyətlərin 14 dekabr tarixinə qədər davam edəcəyini bildirib.
Hürr Tərcüman.