📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Finlandiya Rusiyadan izahat tələb edib

2022-08-18 22:51:00

Finlandiya Rusiyadan izahat tələb edib

Finlandiya Xarici İşlər Nazirliyi Rusiya qırıcılarının bu ölkənin hava məkanını pozması ilə bağlı izahat tələb edib.

Rəsmi Helsinki bununla bağlı Rusiyanın Finlandiyadakı səfirliyinə nota göndərib.

Finlandiya XİN-dən faktla bağlı araşdırma aparıldığı, proses yekunlaşdıqdan sonra əlavə məlumat veriləcəyi bildirilib.

Xatırladaq ki, Finlandiya Müdafiə Nazirliyi Rusiyanın iki qırıcısının ölkənin hava məkanını pozduğunu açıqlayıb. Hadisə avqustun 18-i səhər saatlarında Fin körfəzindəki Porvoo sahil şəhəri yaxınlığında baş verib. \\Report