Finlandiya Rusiyanın yüzlərlə yük vaqonunu müsadirə edib
2022-07-05 15:29:00
Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqının sanksiyaları çərçivəsində Finlandiya Rusiya şirkətlərinin 900-ə yaxın yük vaqonunu müsadirə edib. Bu barədə məlumatı “Röyters” informasiya agentliyi yayıb.
Agentlikdə olan məlumata görə, Finlandiyanın VR Dövlət Dəmiryolu Şirkətindən Rusiyanın Nəqliyyat Nazirliyinə göndərilmiş 6 iyun tarixli məktubunda 865 vaqonun müsadirə edildiyi qeyd edilib. VR şirkəti xəbəri təsdiqləsə də, Rusiya hakimiyyəti bununla bağlı açıqlama vermək istəməyib. Müsadirə edilmiş vaqonlar bilavasitə, yaxud da dolayısı ilə Aİ-nin sanksiyalarına məruz qalmış şirkətlərə məxsus olub.
Hürr Tərcüman