📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Finlandiya səfiri RF XİN-ə çağrıldı

2023-12-19 15:46:05

Finlandiya səfiri RF XİN-ə çağrıldı

Hurriyyet.az “Kommersant” nəşrinə istinadla xəbər verir ki, Finlandiyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.  Buna səbəb Finlandiyanın ABŞ ilə hərbi əməkdaşlıq müqaviləsini imzalayaraq, amerikalı hərbçilərin və ABŞ silahlarının öz ölkəsinə yerləşdirilməsinə imkan yaratmasıdır. RF XİN rəsi təmsilçisi Matiya Zaxarova Moskvanın cavab tədbirləri görəcəyini vəd elədiyini bildirib.

Onun sözlərinə görə, səfirə deyilib: “Rusiya tərəfi onun təhlükəsizliyini təhdid edən NATO-nun RF sərhədlərinin yaxınlığında hərbi potensialını artırmasının cavabsız qoymayacaq. Finlandiyanın və onun NATO-dakı müttəfiqlərinin aqressiv qərarlarına qarşı zəruri tədbirlər görəcək. Regiondakı mehriban qonşuluq zonasının mümkün cəbhəyə çevrilməsinin məsuliyyəti tamamilə indiki Finlandiya hakimiyyətinin boynuna düşür”.

Zaxaroca cavab tədbirlərinin necə olacağını açıqlamayıb.

Xəbər verdiyimiz kimi, dekabrın 18-də Finlandiyanın XİN rəhbəri Elina Valtonen, müdafiə naziri Annti Hakkanen və ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonda görüşərək “Defence Cooperation Agreement” (DCA) adlı razılaşma imzalayıblar. Razılaşma sayəsində amerikalı hərbçilər Finlandiyanın 15 hərbi rayonunda öz bazalarını, bölmələrini, anbarlarını, silahlarını və sursatlarını yerləşdirə bilərlər. Razılaşma 2024-cü ilin baharında qüvvəyə minəcək.

Hürr Tərcüman