Finlandiya Ukraynaya 21-ci dəfə yardım göndərir – məbləğ açıqlandı
2023-12-21 18:05:47
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Finlandiya Prezidenti ölkə hökumətinin təklifi ilə Ukraynaya növbəti hərbi yardım paketi verilməsi qərarını təsdiqləyib. Müharibə başlanandan bəri Finlandiya Ukraynaya artıq 21-ci yardım paketini göndərir.
Finlandiyanın Müdafiə Nazirliyinin məlumatına görə, növbəti hərbi yardım paketinin dəyəri 106 milyon avrodur.
Hürr Tərcüman