📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Finlandiya XİN Hakan Fidandan üzr istəyib

2023-07-13 13:22:00

Finlandiya XİN Hakan Fidandan üzr istəyib

Hurriyyet.az xəbər verir ki, Finlandiyanın Xarici İşlər naziri Elina Valtonen Maliyyə nazirinin sözlərinə görə, Türkiyənin Xarici İşlər naziri Hakan Fidandan üzr istəyib.

Finlandiya XİN rəhbəri nazirliyin “Tvitter” səhifəsində yazıb:  “Ötən həftə Brüsseldə keçirilən NATO sammitindəki məhsuldar danışıqlara görə, Hakan Fidana təşəkkür edirəm. Mən həmçinin, bir neçə gün əvvəl yeni hökumət üzvlərindən birinin dediyi sözlərə görə, hökumətimizin üzr istədiyini də bildirdim. Həmin üzvün dedikləri bizim dəyərlərimizi əks etdirmir və heç vaxt da belə olmayacaq. Finlandiya Türkiyə ilə ikitərəfli tərəfdaşlıq və müttəfiqlik münasibətlərini yüksək qiymətləndirir”.

Yle telekanalının verdiyi xəbərə görə, “Həqiqi finnlər” partiyasının üzvü olan Maliyyə naziri Riik Purr vəzifəyə gəlməzdən əvvəl Finlandiya parlamentinin indiki spikeri Yussi Halla-axonun qonaq kitabında “türk meymunlar” barəsində yazıbmış.

Hürr Tərcüman