📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Finlandiya yaxın aylarda NATO-ya müraciət edəcək

2022-04-09 16:32:00

Finlandiya yaxın aylarda NATO-ya müraciət edəcək

Hurriyyet.az “Komsomolskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Finlandiyanın Xarici İşlər naziri  yaxın aylarda ölkəsinin NATO-ya daxil olmaq üçün ərizə ilə müraciət edəcəyini bildirib. Nazirin sözlərinə görə, Brüssel NATO-nun Madriddə keçiriləcək iyun sammiti başlanana qədər Helsinkinin rəsmi müraciət edəcəyini gözləyir.

Finlandiya XİN-in rəhbəri Pekka Haavisto NATO-nun Finlandiyanın bu hərbi-siyasi birliyə daxil olmaq müraciətini qəbul eləməyə hazırdır.

Nazirin sözlərinə görə, alyansa daxil olan bir neçə ölkə keçid dövründə Finlandiyanın təhlükəsizliyinin təminatçısı olmağa hazır olduqlarını bildiriblər. Söhbət diplomatiya və təhlükəsizlik sahəsində dəstəkdən gedir. Bir ölkənin NATO-ya daxil olması üçün ittifaqın üzvü olan otuz dövlətin hamısının müraciəti razılıqla qarşılaması lazımdır. Haavistonun sözlərinə görə, daxil olma prosesi bütövlükdə dörd aydan bir ilə qədər vaxt apara bilər.

Hələ ötən ilin payızında finlər NATO-ya daxil olmağa tələsmirdilər. Lakin Ukraynada müharibə başlanandan sonra vəziyyət kəskin şəkildə dəyişib, artıq ölkə əhalisinin 60 faizindən çoxu NATO-nun üzvü olmağın tərəfdarıdır.

Hürr Tərcüman