Finlandiyada qanun qəbul edildi: Rusiya ilə sərhəd "hasarlanır"
Finlandiya Rusiya ilə sərhəddə hasar quraşdıracaq. Belə ki, Finlandiya parlamenti bu gün ölkənin Rusiya ilə sərhədində təhlükəsizliyi gücləndirmək üçün qanun qəbul edib.
Qanun “fövqəladə hallar” yarandığı təqdirdə sərhəddə hasarlar qurmağa və 1300 kilometrlik sərhədi "sığınacaq axtaran şəxslərin üzünə" bağlamağa imkan verəcək.
Qanun layihəsi Avropa İttifaqının sığınacaq qaydalarına görə mübahisəli olsa da, o səs çoxluğu ilə qəbul edilib. Bu, Finlandiyanın NATO hərbi alyansına qoşulma planları səbəbilə Rusiyanın qisas təhdidi fonunda Finlandiya parlamentinə qanunu tez bir zamanda qəbul etməyə imkan verən sürətli prosesdir.
P.S. Hərçənd Finlandiya Rusiya ilə sərhədini hasarlamasına sərhədi "sığınacaq axtaran şəxslərin üzünə" bağlamağı əsas gətirir, bəllidir ki, əsl səbəb Rusiya təcüvüzü təhlükəsidir.
Ülviyyə, Hurriyyet.az