📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Finlandiyada yaşıl enerji yönündə yeni İXTİRA: Qum akkumlyatoru ixtira edildi

2022-07-06 16:25:00

Finlandiyada yaşıl enerji yönündə yeni İXTİRA: Qum akkumlyatoru ixtira edildi

Finlandiyada dünyanın ilk qum batareyası istifadəyə verilib. Qum batareyası günəş, külək və digər bərpa olunan mənbələrdən enerjini aylarla saxlamağa imkan verir.
Texnologiyanın yaradıcıları ümid edirlər ki, onların ixtirası yaşıl enerjinin sürətli inkişafı yolunda dayanan əsas problemi – onun mövsümi xarakterini həll edəcək.
Batareyanın işləmə prinsipi sadədir: ucuz günəş və külək enerjisi ucuz çirkli qumla dolu hovuzu qızdırmaq üçün istifadə olunur. Qum təxminən 500°C temperaturda qızdırıla bilər və qumun yüksək istilik tutumu ona enerjinin əsas payını saxlamağa imkan verir ki, bu da daha sonra qışda, istiliyə tələbat artdıqda və təbii ki, bununla da qiymətlər yüksələndə yaşayış binalarını qızdırmaq üçün istifadə edilə bilər. 

Ülviyyə, Hurriyyet.az