Finlandiyadan Rusiyaya qarşı qadağan qərarı
2023-09-15 15:20:59
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, şənbə günündən – 16 sentyabr tarixindən etibarən Rusiya nömrəli avtomobillərin Finlandiyaya girişi qadağan ediləcək. Bu barədə bəyanatı Finlandiyanın xarici işlər naziri Elina Valtonen verib.
Finlandiyanın “Yle” telekanalının Valtonendən gətirdiyi sitatda deyilir: “Estoniya, Latviya və Litvanın ardınca Finlandiya da Rusiya nömrə nişanlı avtomobillərin ölkəyə daxil olmasını qadağan edir. Qadağan 16 sentyabr tarixindən qüvvəyə minir”.
Onun sözlərinə görə, qaydalarda istisnalar da olacaq. Lakin məhz hansı istisnaların olacağı hələlik xəbər verilmir.
Hürr Tərcüman