Finlandiyanın NATO-ya inteqrasiyası tamamlandı
2023-06-13 09:30:00
Hurriyyet.az xəbər verir ki, Helsinkidə Finlandiyanın Müdafiə Qüvvələrinin komandanı general Timo Kivinen ilə NATO-nun transformasiya üzrə Ali baş komadanı Filipp Lavinin iyunun 12-də imzaladıqları deklarasiya ilə ölkənin NATO-ya inteqrasiyası tamamlanıb. Bu barədə məlumatı Finlandiyanın Müdafiə Qüvvələri verib.
Açıqlamada deyilir: “İnteqrasiyanın rəsmi fazası uğurla başa çatıb”. Prosesin hərbi fazası isə davam edəcək və onun tamamlanması üçün daha bir neçə il gərək olacaq.
Hürr Tərcüman.