📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Finlandiyanın Sankt-Peterburqdakı konsulluğu bağlanır

2023-07-28 16:59:00

Finlandiyanın Sankt-Peterburqdakı konsulluğu bağlanır

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki,  Finlandiyanın Sankt-Peterburqdakı Baş konsulluğu sentyabrın 1-dən etibarən xidmət göstərməyi dayandıracaq. Buna səbəb Rusiyanın konsulluğun fəaliyyəti üçün verdiyi icazəni ləğv eləməsidir. Finlandiya XİN-in saytında yerləşdirilmiş açıqlamada deyilir: “2023-cü il iyulun 6-da Rusiya 2023-cü il oktyabrın 1-dən etibarən Finlandiyanın Sankt-Peterburqdakı Baş konsulluğunun bağladılacağını bəyan edib. Bununla əlaqədar konsulluq 2023-cü il 1 sentyabr tarixindən etibarən xidmət göstərilməsini dayandıracaq”.

Finlandiyanın Sankt-Peterburqda yerləşən viza mərkəzi viza müraciətlərinin qəbul edilməsini avqustun 1-dən etibarən dayandıracaq.

Nazirlik bildirir ki, 2023-cü il sentyabrın 1-dən etibarən konsulluğun həll elədiyi bütün məsələlər, o cümlədən viza verilməsi respublikanın Moskvadakı səfirliyi tərəfindən həll ediləcək.

Hürr Tərcüman