📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fira Cəlilovanın evindəki hadisə ilə bağlı - Video - Yenilənib

2026-11-27 10:21:29

Fira Cəlilovanın evindəki hadisə ilə bağlı - Video - Yenilənib

Tanınmış aparıcı Fira Cəlilova (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evinə hücum edildiyini iddia edib.

Hurriyyet.net  xəbər verir ki, o, bu barədə “Instagram” hesabında paylaşım edib.

“Bu gün, 26 noyabr, saat 22:00 radələrində Novxanıda yerləşən bağ evimə beş avtomobillə gələn, təxminən 15 nəfərdən ibarət naməlum şəxslər tərəfindən basqın edilib.

Hadisə zamanı evdən 3 mobil telefon, təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar oğurlanıb.

Avtomobillərdən dördünün dövlət qeydiyyat nişanları 99-ME-007, 90-YA-094, 10-CE-025, 90-NS-727-dir.

Hüquq-mühafizə orqanlarından hadisənin təcili və obyektiv araşdırılmasını, avtomobillərin və hadisədə iştirak edən şəxslərin müəyyənləşdirilməsini, oğurlanmış əşyaların geri qaytarılmasını və təqsirkarların qanun qarşısında məsuliyyətə cəlb olunmasını xahiş edirəm”, - o paylaşımında bildirib.