📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fişəng anbarında partlayış - 2 nəfər öldü

2026-04-10 18:14:01

Fişəng anbarında partlayış - 2 nəfər öldü

Rusiyanın Vladikavkaz şəhərində fişəng anbarında partlayış baş verib.

Modern.az xəbər verir ki, partlayış nəticəsində 2 nəfər həlak olub. Həlak olanların cəsədləri dağıntılar altından çıxarılıb.

Yaralıların sayı isə 14-ə çatıb.

Partlayışın açıq alovla ehtiyatsız davranma nəticəsində baş verdiyi ehtimal edilir.