📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fitch: Avropanın 12 milyard kubmetr Azərbaycan qazına ehtiyacı var

2022-09-07 15:34:00

Fitch: Avropanın 12 milyard kubmetr Azərbaycan qazına ehtiyacı var

Hurriyyet.az xəbər verir ki,“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Avropa İttifaqı (Aİ) ölkələrinin qaza olan tələbatının proqnozunu açıqlayıb.

2022-ci il üçün Aİ ölkələrində təbii qaza illik tələbat 357 milyard kubmetr (2021-ci ilə nisbətən 10% az), 2023-cü il üçün 339 milyard kubmetr (bu illə müqayisədə 5% az) proqnozlaşdırılır.

“Fitch Ratings”in proqnozuna görə, bu il və 2023-cü ildə Aİ ölkələrinin Azərbaycan qazına tələbatı 12 milyard kubmetr təşkil edəcək. Yəni ixrac həcminə görə Azərbaycan qazı LNG (sıxılmış təbii qaz), Norveç və Afrika ölkələrindən sonra dördüncü yerdədir.

Hürr Tərcüman