📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fitso: "Aİ-də hamıya bəllidir ki, Rusiyaya qarşı sanksiyalar..."

2024-10-30 14:42:35

Fitso:

Hurriyyet.az xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının gözlənilən nəticəni vermədiyini bəyan edib.
"RİA Novosti" agentliyinin məlumatına görə, Fitso deyib: "Aİ-də biz hamımız bilirik ki, sanksiyalar işləmir... Fikirləşirdik ki, aha, indi bu hərbi münaqişədən istifdə edib Rusiyanı diz üstə çökdürəcəyik, alçaldacağıq". 
Slovakiyanın Baş naziri Avropa İttifaqının bu strategiyasının "işləmədiyini" söyləyib. Qeyd edib ki, Aİ baş verənlərdə özünü müqəssir hesab eləməkdən imtina edir. Bununla əlaqədar Fitso ittifaq ölkələrini Rusiya, Ukrayna və ABŞ-ı danışıqlar masasına "oturtmağa cəhd göstərməyə" çağırıb.
Hürr Tərcüman