📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Flikdən sonra "Barselona"nı görün kim çalışdıra bilər

2026-02-02 15:48:14

Flikdən sonra

İtaliyanın "Komo" klubunun baş məşqçisi Sesk Fabreqas gələcəkdə "Barselona"nın yeni baş məşqçisi ola bilər.

Hurriyyet.org xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.

Bildirilir ki, "Barsa" rəhbərliyi ispaniyalı mütəxəssisin A Seriyasında gördüyü işi yüksək qiymətləndirir və bu səbəbdən o, Hans-Diter Flikin klubdan ayrılacağı halda mümkün namizədlər siyahısında yer alır. “Mavi-qranatlar” Fabreqasın oyun üslubunu, gənc futbolçulara göstərdiyi etimadı, eləcə də onun katalon keçmişini bəyənir.

Qeyd edək ki, 2024-cü ildən "Barselona"nın baş məşqçisi 60 yaşlı Hans-Diter Flikdir. La Liqada 22 turdan sonra komanda 55 xal toplayaraq turnir cədvəlinə liderlik edir.