📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Flippində güclü zəlzələ oldu

2022-10-25 23:36:00

Flippində güclü zəlzələ oldu

Filippinin Luzon adasında 6,4 bal gücündə zəlzələ baş verib.

Bu haqda ABŞ Geoloji Xidməti (USGS) açıqlama yayıb.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutundan verilən açıqlamada isə zəlzələnin 6,7 bal gücündə olduğu və yerli vaxtla saat 22:59-da baş verdiyi bildirilib.

İnstitut zəlzələnin İlokos Sur əyaləti və Baquio şəhəri də daxil olmaqla yaxınlıqdakı ərazilərdə də hiss edildiyini bildirib.

Zəlzələ zamanı dağıntılar və ya insan itkisi barədə məlumat verilməyib.\\Qafqazinfo