Flora Kərimova Prezident təqaüdünü qazilərə verdi
2021-09-06 11:08:00
Azərbaycanın xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən müharibəsi qaziləri arasında bölüb.
Hurriyyet.az Nyus24.az-a istinadən xəbər verir ki, xalq artisti təqaüdünü 2 qaziyə verib.
Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlər zamanı ağır yaralanan Rəvan Əzizovdur.